De Rossinin xələfi müəyyənləşdi

20.09.2024 23:34 121
Dünya futbolu
“Roma”nı bundan sonra çalışdıracaq mütəxəssis müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Daniele De Rossi istefaya göndərilib. Paytaxt klubu “Torino”nun sabiq baş məşqçisi İvan Yuriçlə razılıq əldə edib. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, xorvatiyalı mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Komanda Çempionlar Liqasına vəsiqə qazanacağı halda müqavilənin müddətinin daha bir il uzadılacağı bildirilir.

Qeyd edək ki, “Roma” hazırda A seriyasında 4 oyuna 3 xalla 16-cı yeri tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul