• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə nəhəngləri: xərc 2 milyard avro, maksimum nəticə KL-in 1/4 finalı!

Dünya futbolu

23-03-2025, 13:0

Şübhəsiz ki, avrokuboklarda əldə olunan nəticələr bir ölkənin futbolunun ən gözəl aynasıdı.

Avropa futbolunun bir nömrəli turniri Çempionlar Liqası hesab olunur. Amma ''Football-plus.az'' xəbər verir ki, Türkiyə təmsilçiləri son illərdə transferlərə inanılmaz pullar xərcləsələr də, bu turnirdə onların varlığı ilə yoxluğu bilinmir!

''Beşiktaş'', ''Fənərbaxça'', ''Qalatasaray'' və ''Trabzonspor'' Türkiyə futbolunun nəhəngləri hesab olunur. Son 6 mövsümə nəzər salsaq, bu kollektivlər ümumilikdə 376 futbolçu transfer ediblər, 26 fərqli məşqçi ilə çalışıblar və ən əsası yeni oyunçuların alınmasına 2,12 milyard avro xərcləyiblər! Bu müddətdə ''Trabzonspor'' 105 oyunçu alaraq 389 milyon avro, ''Fənərbaxça'' 100 oyunçu alaraq 621,5 milyon avro, ''Qalatasaray'' 92 oyunçu alaraq 640,3 milyon avro, ''Beşiktaş'' isə 79 yeni oyunçu alaraq 473,9 milyon avro xərcləyib!

İndi isə gəlin, bu klubların 2019-dan bu yana Avropa səhnəsindəki ''uğurlarına'' nəzər yetirək. Son 6 mövsümdə bu kollektivlər yalnız 3 dəfə Türkiyəni ÇL-də təmsil ediblər. Bunlardan 2-i ''Qalatasaray''ın, 1-i ''Beşiktaş''ın payına düşür. Bu müddətdə nəhənglər 6 dəfə ÇL-in təsnifatını keçə bilməyiblər. Bu aqibətlə ''Qalatasaray'' 2021/22 və 2024/25-də, ''Fənərbaxça'' 2022/23 və 2024/25-də, ''Trabzonspor'' 2022/23-də, ''Beşiktaş'' isə 2020/21-də üzləşib. Onlara qənim kəsilənlər isə Kiyev ''Dinamo''su, ''Lill'', PSV, ''Yanq Boyz'', ''Kopenhagen'' və PAOK olub.

Göründüyü kimi bunlardan yalnız 1-i ''böyük beşlik'' təmsilçisidi. ÇL-in qrupuna düşənlər isə orda elə nəticələr göstəriblər ki, düşməsələr daha yaxşı idi. 3 fərqli mövsümdə Türkiyə təmsilçiləri ÇL-də ümumilikdə 18 oyun keçiriblər və bunların yalnız 1-də qalib gəliblər (4 heç-heçə, 13 məğlubiyyət)! Həmin yeganə qələbəni ''Qalatasaray'' ötən mövsüm səfərdə ''Mançester Yunayted''lə oyunda əldə edib. ''İstanbul BŞ'' hər nə qədər bu müddətdə bir dəfə çempion olsa da, transfer xərcləri və iddiasına görə hələ ki, nəhəng klub sayılmır. Amma hər ehtimala qarşı onun da ölkə çempionu kimi ÇL-in qrupunda iştirak etdiyini və 6 oyundan 1 qələbə, 5 heç-heçə ilə ayrıldığını xatırladaq.

ÇL-də özünü göstərə bilməyən Türkiyə nəhəngləri səviyyəsinə görə ikinci turnir olan Avropa Liqasında da bu müddətdə 1/8 finaldan irəli gedə bilməyiblər. Bu 6 il ərzində ən yaxşı nəticə Konfrans Liqasının 1/4 finalıdı. ''Fənər'' ötən mövsüm bu turnirdə 1/4-ə qədər irəliləyərək penaltilər seriyasında ''Olimpiakos''a uduzmuşdu.

Yəni 6 il ərzində xərclənilən 2 milyard avro qarşılığında ən böyük uğur yalnız KL-in 1/4 finalıdı!

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

22-03-2024, 22:0

Türkiyə çempionatının ən dəyərli 10 futbolçusu açıqlandı

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

3-01-2024, 20:0

“Real” dünyada 1-ci yerdədi

Dünya futbolu

24-07-2022, 19:0

Türkiyə klubları oyunçu satışından nə qədər qazanıb?

Dünya futbolu

30-09-2023, 16:0

''Transfermarkt''da futbolçuların qiymətləri dəyişdi

DÇ 2026

19-11-2022, 22:0

DÇ-2022-nin ən bahalı milliləri açıqlandı

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 20:04
    "Neftçi" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 19:56
    Londondan Madridə yollandı
  • Bu gün, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Bu gün, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Bu gün, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Bu gün, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 17:25
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 122
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə