Mostovoy Karpinə lağ etdi: “Yox bir San-Tome və Prinsipi...”

21.03.2025 11:23
İdman
Rusiya yığmasının sabiq oyunçusu Aleksandr Mostovoy ölkəsinin milli komandasını lağa qoyub.

O, Valeri Karpinin rəhbərlik etdiyi komandaya yeni ekzotik rəqiblər təklif edib. Mostovoyun variantları siyahısında Şri-Lanka, Virgin adaları, Eritreya, Quam, Baham adaları, Angil adaları, San-Tome və Prinsipi, Somali, Samoa və Tonqa var:

“Rusiya yığması üçün növbəti rəqiblər tapmışam ki, rekordlar yenilənsin. Təşəkkür etməyin”.

“Football-plus.az” xəbər verir ki, Rusiya yığması dünən Qranadanı 5:0 hesabıyla məğlub edib, Artyom Dzyuba isə məhz bu oyunda vurduğu qol sayəsində milli komandanın ən yaxşı bombardiri statusuna yiyələnib. Onun hesabında milli formada 31 qol var.