Qadın futbolçulardan ibarət milli komandamızın DÇ-2023 təsnifat mərhələsi çərçivəsində Rusiya ilə keçirdiyi oyunlarının nəticələri ləğv olunub.
"Football-plus.az" saytının məlumatına görə, buna səbəbb UEFA İcraiyyə Komitəsinin bu ölkəyə tətbiq etdiyi yeni sanksiyalardı.
Rusiyanın qadınlardan ibarət yığması Danimarka, Bosniya və Herseqovina, Malta və Azərbaycanla birgə yer aldığı E qrupundan kənarlaşdırılıb. Bu səbəbdən Rusiya millisinin apreldə Monteneqro və Malta ilə planlaşdırılmış 2 seçmə mərhələ oyunu da baş tutmayıb. Komandanın bütün nəticələri də qüvvədən düşmüş sayılacaq. Beləliklə, E qrupunda 6 deyil, 5 komanda yer alacaq.
Qeyd edək ki, milli Rusiyaya səfərdə 0:2, evdə isə 0:4 hesabı ilə məğlub olmuşdu.