Avropa futbol ailəsindən uzaq düşən Rusiya yığması asiyalılarla yoldaşlıq oyunları keçirməklə təsəlli tapır.
“Football-plus.az” xəbər verir ki, martın 24-də İranla heç-heçə (1:1) edən ruslar bu gün Sankt-Peterburqda İraqla qarşılaşacaq.
Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy oyunla bağlı maraqlı açıqlama verib:
“Çoxları, elə mən özüm də İraqda futbolun olduğunu Rusiya yığmasının oyunu anons olunanda bildim. Rusiya futbolçuları minimum 3:0 hesabıyla qalib gəlməlidi.
Artıq İraq haqda danışmağa başlamışıq. Heç kim bu ölkədə futbolun mövcud olduğunu bilmirdi. İranla oyundan sonra hər cür söz-söhbət gəzdi. İraqı 3:0 hesabıyla məğlub etsək, bütün uğursuzluqlar unudulacaq və hər şey öz yerinə oturacaq”.