La Liqada mövsüm tədricən gözlənilən axara düşür. Belə görünür ki, növbəti dəfə sona qədər “Barselona” ilə “Real” arasında amansız çempionluq mübarizəsi izləyəcəyik.
Kataloniya nəhəngi “Atletiko” üzərində parlaq qələbə qazanmaqla bu komandanın şansını xeyli azaltdı.
“Atletiko” ilə ÇL oyununda hədsiz güc sərf edən “Real” çempionat oyununda da qələbə qazana bildi. Belə düşünmək olardı ki, yorğunluq Ançelottinin komandasına “Estadio-de-la-Seramika”da mane ola bilər. Özü də “Real” bu stadionda La Liqa çərçivəsində son 8 ildə qələbə qazanmamışdı. Ancaq “kral klubu”nun oyunçuları xarakter göstərdi.
Oyuna yaxşı başlayan “Vilyarreal” artıq 7-ci dəqiqədə hesabı açdı. “Real” isə elə ilk təhlükəli vəziyyəti qola çevirdi. Qapıçı Diasın zərbəsini qaytarsa da, Mbappe dönən topa birinci çatdı. Cəmi 6 dəqiqə sonra fransalı ulduz topu cərimə meydançasının xətti üzərindən sağ “9-luğ”a vurmaqla dublunu rəsmiləşdirdi. Ardından fasiləyə qədər qarşılıqlı hücumlar davam etdi, ancaq azarkeşlər daha qol görmədi. Fasilədən sonra oyuna qoşulan Barri hesabı bərabərləşdirmək imkanını qaçırdı.
Madridlilər isə 2-ci hissədə uzun müddət gözləmə mövqeyi tutdu. Onlar yalnız Vinisius meydana çıxandan sonra canlandılar. Onun sol cinahla reydləri “sarılar”a ciddi problem yaradırdı. Meydan sahibləri sona qədər döyüşdülər. 83-cü dəqiqədə Peres qapıçı meydançasının xətti üzərindən “çərçivə”yə düşə bilmədi. Qələbə hesabını qoruyan “Real” zirvəyə yüksəldi. Ardıcıl 2-ci oyunda uduzan “sarılar” isə 4-cü yer uğrunda mübarizədə vəziyyətini çətinləşdirdi.
Bu mövsüm “Atletiko” ilə “Barselona” arasındakı oyunlarda inanılmaz dramatiklik yaşanır. Üç oyunun hər birində komandalar fərqlənib, sonluq isə gərgin keçib. Hərçənd ilk yarıda heç nə sonrakı qol yağışından xəbər vermirdi. “Barsa” müəyyən ərazi üstünlüyünə malik olsa da, qol vəziyyətlərinin sayı o qədər də çox deyildi. Qonaqlar iki dəfə fərqlənə bilərdi, ancaq Yamalla Levandovskinin zərbələrindən sonra qapı çatı Oblakın köməyinə çatdı. “Atletiko” isə nadir şanslarından birindən fasilə ərəfəsində yararlandı – Qrizmann ilə Simeone Alvaresi əla zərbə mövqeyinə çıxardı.
2-ci hissənin əvvəlində fəal Yamal topu dirəyin bir neçə santimetrliyindən vurdu. Sonradan oyuna qoşulan Sörlot 70-ci dəqiqədə fərqi artıranda hər kəsə elə gəldi ki, intriqa bitdi. Görünür, bu məqam “hindular”ı da arxayınlaşdırdı. Halbuki fevraldakı kubok oyununda da iki qol buraxan “Barsa” sonradan bu komandanın qapısına 4 dəfə yol tapmışdı.
Həmin ssenari yenə təkrarlandı. Cəmi iki dəqiqə sonra mövsümdə 22-ci qolunu vuran Levandovski fərqi azaltdı. Torres isə bərabərliyi bərpa etdi. Sən demə, uzatma dəqiqələrində meydan sahiblərini daha pis aqibət gözləyirmiş. Yamalın vurduğu zərbə zamanı top Reynildodan səkərək tora düşdü. Son saniyələrdə isə Torres dublunu rəsmiləşdirdi.
Möhtəşəm geridönüş reallaşdıran “Barsa” zirvəni “Real”ın əlindən aldı. Flikin komandası “Real”ı əlavə göstəricilərdə qabaqlayır, üstəlik ehtiyatda bir oyunu da var. “Atletiko” isə itirilməyən xalları da nəzərə alsaq, artıq liderdən 7 xal geri qalır.
“Atletik” və “Betis” səfərdə qələbə qazandı. Basklar “Sevilya”nın qapısından bir top keçirdi, “Leqanes” üzərində superəzmlar qələbə qazanan “xiyarlar” isə 5-ci pilləyə yüksəldi. Düzdü, onlarla eyni xala malik olan “Vilyarreal”ın ehtiyatda bir oyunu var. “Real Sosyedad” “Rayo Valyekano” ilə səfər oyununda xal itirdi. Autsayderlərdən “Las Palmas”la “Alaves” şəxsi dueldə heç-heçə etdi. “Jirona” – “Valensiya” oyununda da bərabərlik qeydə alındı. Avrokuboklar vəsiqəyə can atan “Selta”nın aşkar autsayder “Valyadolid” üzərindəki səfər qələbəsi heç kimi təəccübləndirmədi. “Malyorka” evdə “Espanyol”a, “Xetafe” səfərdə “Osasuna”ya qalib gəldi.
Tura yekun vurarkən bir məqamı da qeyd etməliyik: qonaqlar 6 meydan sahibləri 1 oyunda qalib gəldi, 5 əzmkar qələbə qeydə alındı!
28-ci tur
Atletiko – Barselona 2:4
Alvares, 45. Sörlot, 70 – Levandovski, 72. Torres, 78; 90+8. Yamal, 90+2. (67602)
Atletiko: Oblak, Reynildo, Lanqle, Le Norman, M.Lyorente, Lino (Qallaher, 60), Simeone (Ximenes, 79), Barrios, De Paul (Molina, 79), Qrizmann (Rikelme, 86), Alvares (Sörlot, 60).
Barselona: Şensnı, Balde (Martin, 86), Martines, Kubarsi, Kunde (Arauxo, 86), Pedri (Qavi, 90+4), Kasado (E.Qarsiya, 67), Rafinya, Olmo (Torres, 67), Yamal, Levandovski.
Vilyarreal – Real 1:2
Foyt, 7 – Mbappe, 17; 23. (20559)
Real: Kurtua, F.Qarsiya, Asensio (Rüdiger, 61), Çuameni, Vaskes, Dias (Vinisius, 61), Kamavinqa, Valverde (Gülər, 83), Mbappe, Bellingem, Rodriqo (Modriç, 65).
Las Palmas – Alaves 2:2
F.Silva, 90-p. Moleyro, 90+5 – Martines, 7. Quridi, 63. (17566)
Valyadolid – Selta 0:1
Alonso, 83-p. (17521)
Malyorka – Espanyol 2:1
Asano, 65. Muriqi, 90+7-p. – Muriqi, 53-öz qapısına. (18240)
Jirona – Valensiya 1:1
Stuani, 64 – D.Lopes, 58. (10262)
Leqanes – Betis 2:3
Raba, 29; 44 – İsko, 64-p. Bakambü, 78. Ernandes, 82. (11691)
Sevilya – Atletik 0:1
Yeray, 84. (37016)
Rayo Valyekano – Real Sosyedad 2:2
Trexo, 58. Dias, 72 – Subimendi, 20. Marieskurrena, 80. (12634)
Osasuna – Xetafe 1:2
Budimir, 45-p. – Terrats, 55; 71. (19611)
1. Barselona 27 19 3 5 75-27 60
2. Real 28 18 6 4 59-27 60
3. Atletiko 28 16 8 4 46-22 56
4. Atletik 28 14 10 4 46-24 52
5. Betis 28 12 8 8 38-35 44
6. Vilyarreal 27 12 8 7 49-38 44
7. Malyorka 28 11 7 10 28-34 40
8. Selta 28 11 6 11 41-41 39
9. Rayo Valyekano 28 9 10 9 31-31 37
10. Sevilya 28 9 9 10 32-37 36
11. Xetafe 28 9 9 10 25-23 36
12. Real Sosyedad 28 10 5 13 25-30 35
13. Jirona 28 9 7 12 36-41 34
14. Osasuna 27 7 12 8 33-39 33
15. Espanyol 27 7 7 13 26-39 28
16. Valensiya 28 6 10 12 31-46 28
17. Alaves 28 6 9 13 32-42 27
18. Leqanes 28 6 9 13 26-43 27
19. Las Palmas 28 6 7 15 32-47 22
20. Valyadolid 28 4 4 20 18-63 16
Bombardirlər: Levandovski (Barselona) – 21, Mbappe (Real) – 18, Budimir (Osasuna) - 14, Rafinya (Barselona), Sanset (Atletik) – 13.
Növbəti turun oyunları martın 28-31-i aralığında keçiriləcək: Atletik – Osasuna, Real Sosyedad – Valyadolid, Espanyol – Atletiko, Alaves – Rayo Valyekano, Real – Leqanes, Xetafe – Vilyarreal, Barselona – Jirona, Valensiya – Malyorka, Betis – Sevilya, Selta – Las Palmas.
Turun rəqəmi
31 – dubl edən Mbappe cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə vurduğu qol sayını bu həddə çatdırdı. O, debüt mövsümündə qol sayı baxımından braziliyalı Ronaldonu arxada qoydu. Ümumiyyətlə, onun bütün turnirlərdə 44 oyuna çıxdığını da xatırladaq.
Turun ulduzu
Ferran Torres (Barselona) – bəli, Mbappe də bu tur dubl etdi. Ancaq fransalı ulduz kimin qapısından iki top keçirdi, Flikin cokeri kimin?! Yəni “Vilyarreal”la “Atletiko” arasında fərq böyükdü.
Turun sitatı
Tibo Kurtua, “Real”ın qapıçısı: