Ayxan Abbasov daha bir il "Şamaxı"da

16.03.2025 12:58 20
Ölkə futbolu
"Şamaxı” baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdi.

44 yaşlı mütəxəssis martın 14-də 21 yaşadək futbolçulardan ibarət millimizin yeni baş məşqçisi təyin edilib.

Onunla müqavilənin müddəti 2 il nəzərdə tutulub.