Rahil 90 dəqiqə oynadı

22.10.2024 10:00 253
Dünya futbolu
Millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda 12-ci turda "Puşa"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Rahil meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Radomyak" turnir cədvəlində 12 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.