Sabiq futbolçu dünyasını dəyişdi

3.03.2025 22:51 116
Dünya futbolu
Xavyer Dorado dünyasını dəyişib. “Real”ın sabiq müdafiəçisi fevralın 27-də 48 yaşında vəfat edib.

İspaniyalı veteran futbolçu bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, “Real”ın yetirməsi olan Dorado klubun əsas komandasında yalnız 8 oyun keçirib.

Onun madridlilərlə 1999/2000 mövsümündə Çempionlar Liqasının qalibi olduğunu xüsusilə vurğulayaq. Dorado futbolçu karyerası ərzində “Salamanka”, “Sportinq”, “Rayo Valyekano”, “Malyorka” və “Atletiko Baleares”də də çıxış edib. Xavyerin İspaniyanın U-21 yığmasında 4 oyun keçirdiyini də xatırladaq.