“Fədailər”in Novruz Əzimovla anlaşdığını xəbər vermişdik. Maraqlıdı ki, onları oyuna məşqçi Kərim Diniyev çıxarıb. Bunun səbəbini “Difai”nin prezidenti Asəf Məlikovdan soruşduq. Onun “Football-plus.az”a cavabı:
“Novruz Əzimov yalnız məşqçi deyil, həm də pedaqoji fəaliyyətlə məşğuldu. Oyunun keçirilməli olduğu gün komanda səhər saat 07.30 -da Mingəçevirə yollanıb. Kürdəmiri keçəndən sonra məlumat verilib ki, oyun qeyri-müəyyən vaxta təxirə salınır. Komanda geri dönüb. Axşama yaxın məlumat verilib ki, oyun fevarlın 28-də keçiriləcək. Novruz müəllimin dərsi var idi. Həmin gün komandamızın digər məşqçisi Aydın Qasımov da əməliyyat olunduğuna görə oyuna gələ bilməyib, belədə futbolçuları meydana Kərim Diniyev çıxarıb”.
ƏSƏD SEYİDOV





