Onunla əlaqə saxlayaraq hazırda nə ilə məşğul olduğunu, “Dinamo”nun oyunlarına baxıb-baxmadığını soruşduq. Əzimovun “Football-plus.az”a dedikləri:
"Hazırda ADBİTA-da pedaqoji fəaliyyətimi davam etdirirəm. İş təklifləri var, amma hələ ki gözləmə mövqeyindəyəm. "Dinamo"dan ayrılandan sonra bəzi oyunlarını izləmişəm. Burdan onlara da uğurlar arzulayıram. İnşallah, gələcəkdə daha güclü və keçmiş "Dinamo" adına layiq olar".
GÜNAY SÜLEYMANOVA





