İtaliya çempionunda ciddi itki

1.03.2025 13:51 247
Dünya futbolu
“İnter” bir müddət əsas qapıçısından yararlana bilməyəcək. Yan Zommer əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, onun sağ əlinin baş barmağı əməliyyat edilib.

36 yaşlı qapıçının sıraya nə vaxt dönəcəyinə aydınlıq gətirilmir. Yan bu mövsüm iştirak etdiyi 35 oyunda 28 qol buraxıb. Onun yoxluğunda qapını Xosep Martines qoruyacaq.

Maraq üçün ispaniyalı futbolçunun bu mövsüm A seriyasında ilk dəfə “Cenoa” ilə şənbə günü keçirilən matçda (1:0) meydana çıxmaq şansı qazandığını qeyd edək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul