“Arsenal”ın oyunçusu əməliyyat olundu

26.02.2025 07:29 246
Dünya futbolu
Takehiro Tomiyasu əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın oyunçusu dizində cərrahi müdaxiləyə məruz qalıb.

Yaponiyalı müdafiəçinin sıraya nə vaxt dönəcəyinə hələlik aydınlıq gətirilməyib. Takehiro uzun müddətdi zədəlidi.

O, bu səbəbdən premyer-liqanın cari mövsümündə yalnız bir oyunda iştirak edib.