“Ehtimal üzərindən danışmaq doğru olmaz” – Region Liqasının taleyi...

26.02.2025 22:56 293
Aktual / Ölkə futbolu
2024/25-ci illər mövsümündə 1-ci liqada sonuncu yeri tutan komanda 2-ci liqaya düşəcək, 2-ci liqada isə ilk üç yeri tutanlar birbaşa 1-ci liqaya yüksələcək.

Fevralın sonuna gəlsək də, Region Liqasında yeni mövsüm hələ də start götürməyib. Region Liqasında yarışlar olmayacaqsa, 2-ci liqaya komandalar hardan gələcək? Bu sualı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq:

“Ehtimal üzərindən danışmaq doğru olmaz. Yarışların olacağı bildirilib və biz də nəticəsini gözləyirik. Olmayacağı təqdirdə hansısa münasibət bildirə bilərik”.

ƏSƏD SEYİDOV