PFL-dən narazı klublara rəsmi cavab

29.06.2023 15:35 694
Ölkə futbolu / Manşet
Ölkə futbolunda yeni mövsümdən 1-ci və 2-ci liqalar təşkil olunacaq.

Lakin bu yenilik bir çox köklü klubları turnirdən kənarda qoydu. Ona görə də həmin komandaların şikayəti səngimir. Görəsən, çempionatların startına qədər dəyişiklik baş verə bilər?

"Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün PFL-in sözçüsü Sənan Abdullayevə müraciət etdik:

"1-ci liqada çıxış edən komandaların adı açıqlanıb. Həmin çempionatda stadionu, bazası, infrastrukturu kafi olan klublar irəli çəkilib. Ölkə futbolunda yeni standartlarla çempionat təşkil olunur. Elə struktur qurulub ki, artıq Region Liqasının çempionu 2-ci liqaya yüksələcək. Yəni, daim Region Liqasında iştirak edən, özünü doğruldan komandalar peşəkar liqalara yüksələcək. Amma hazırda 1-ci və ya 2-ci liqa təmsilçilərinin sayında dəyişiklik gözlənilmir".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul