Coşqunla Vüsalın dueli baş tutmadı

26.02.2025 22:33 278
Ölkə futbolu
Azərbaycanlı futbolçuların Türkiyə kubokunda dueli baş tutmayıb.

"Football-plus.az" xəbər verir ki, Coşqun Diniyev və Vüsal İsgəndərli qrup mərhələsinin son turunda meydana çıxmayıblar.

Coşqunun komandası "Çorum" öz meydanında Vüsalın çıxış etdiyi "Boluspor"la qarşılaşıb. Oyun 2:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb. Hər iki təmsilçimizin adı böyük əhəmiyyət kəsb etməyən matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, qrup mərhələsinin son turunun nəticələrinə görə, "Çorum" 3 xalla 5-ci, xalsız "Boluspor" isə sonuncu pillədə qərarlaşıb.