Vüsal Türkiyədə ilk qələbəsini qazandı

30.01.2024 10:31 193
Dünya futbolu
Vüsal İsgəndərli Türkiyə 1-ci liqasında ilk qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”u məğlub edib.

Vüsalın start heyətində yer aldığı oyun 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu Avramovski rəqib komandanın qapısından keçirib. İsgəndərli 90-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, xalını 29-a yüksəldən “Boluspor” 9-cu pillədə qərarlaşıb. Vüsalın komandasını pley-offa vəsiqə verən 7-ci pillədən 4 xal ayırır.