Vüsalın komandası qələbə qazandı

20.01.2025 10:52 242
Dünya futbolu
Türkiyənin 1-ci liqasında 20-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə "İğdır"la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli start heyətində meydana çıxıb və 61-ci dəqiqədə - hesab açılmamış əvəzlənib.

Bu nəticədən sonra "Boluspor" 31 xalla 6-cı pillədə qərarlaşıb.