Vüsalın komandasından qələbə

9.03.2024 13:00 174
Dünya futbolu
Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci liqasında 26-cı tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Giresunspor"u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 88-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Boluspor" 42 xalla 6-cı, "Giresunspor" 7 xalla 18-cidi.