İndi yüzlərlə azarkeş klubun sosial şəbəkə hesablarının rəy bölməsində bu istəklə çıxış edir: “kart hesabı açın, cəriməni biz ödəyək”.
Bəs, klub assossasiyanın qərarıyla barışırmı? Tərəfdarların yardımından faydalanmaq mümkündümü?
“Football-plus.az” bu suallarla tovuzluların mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdikdə gözlənilməz cavabla üzləşdi:
“İdarə Heyətinin qərarına əsasən, məlum qərar və qalan məsələlər ilə bağlı açıqlama verməyəcəyik”.
KƏNAN BAHADIR






