Ehtiram Quliyev “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun təsisçisi və direktoru olduğu "Huner Group" bu il fevralın 11-dən Tovuz klubunun baş sponsorudu.
Xatırladaq ki, Tovuz klubunun bunadək İdarə Heyətinin sədri Rəşid Məhərrəmov idi