Xatırladaq ki, məhkəmə bir neçə gün əvvəl Şumaherin ailəsini şantaj etməkdə suçlanan üç nəfərlə bağlı qərarı açıqlayıb.
Əsas şantajçı – 53 yaşlı kişi 3 illiyə azadlıqdan məhrum olunub, onun oğlu 6 aylıq şərti cəza alıb. Ata ilə oğula 1500-ə yaxın foto və videonun surətini satan təhlükəsizlik xidmətinin sabiq əməkdaşı isə ikiillik şərti cəzaya məhkum edilib. Amma Mihaelin xanımı Korrina məhz sonuncunu cinayətin əsas ilhamvericisi sayır:
“Hədsiz yüngül saydığımız cəzadan şikayət etdik. Etimadımızdan sui-istifadə edən şəxsin hərəkəti məni hər şeydən daha artıq dərəcədə şoka salır. Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı bu cinayətə görə elə cəza almalıdı ki, başqalarını da belə hərəkətlərdən çəkindirsin”.






