İstanbul derbisində heç-heçə

24.02.2025 23:05 242
Dünya futbolu
Bu gün Türkiyə superliqasında İstanbul derbisi keçirilib.

"Football-plus.az" xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.

Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi "fit sahibi" - sloveniyalı referi Slavko Vinçiç idarə edib. “Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.

Komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbaxça” isə 58 xalla 2-ci sıradadı