Şahruddin "Fənərbaxça"yla oyunda zədələndi

4.04.2024 10:00 187
Dünya futbolu
Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" Türkiyə superliqasında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, Adana təmsilçisi 31 -ci turda liderlərdən olan "Fənərbaxça"nın qonağı olub.

Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Şahruddin 46-cı dəqiqədə - hesab 1:1 olarkən zədə səbəbindən əvəzlənib.

Qeyd edək ki, "Adana Demirspor" 39 xalla 11-ci, "Fənərbaxça" isə 82 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir.