“Qalatasaray” “Fənərbaxça”ya böyük hesabla qalib gəldi

4.06.2023 22:21 227
Dünya futbolu
Türkiyə superliqasında 35-ci turun matçları keçirilir.

“Football-plus.az” xəbər verir ki, İstanbul derbisində “Qalatasaray” “Fənərbaxça” ilə qarşılaşıb. Çempionluğunu rəsmiləşdirən “sarı-qırmızılar” 3:0 hesabıyla qalib gəlib. “Cimbom”un heyətində Nikolo Zaniolo (2) və Mauro İkardi fərqlənib.