İstanbul derbisi: "Qalatasaray" qalib gəldi

21.09.2024 23:59 126
Dünya futbolu
Türkiyə superliqasının 6-cı turunda "Fənərbaxça" və "Qalatasaray" üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, "Ülkər" Stadionunda baş tutan İstanbul derbisində "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb

Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" 18 xalla turnir cədvəlində lider mövqeyini qoruyub saxlayıb. 13 xala malik "Fənərbaxça" isə ikincidi.