“Araz-Naxçıvan”da gözlənilməz ayrılıq... – aparıcı oyunçu getdi

19.02.2025 20:02 315
Aktual / İdman
“Araz-Naxçıvan” futzal komandasında gözlənilməz ayrılıq yaşanıb.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi Caike Aledes De Oliveyra ilə yolları ayırmaq məcburiyyətinə qalıb. “Qırmızı-ağlar” aparıcı oyunçunun komandanı tərk etmək istəyinə müsbət cavab verib.

Xatırladaq ki, naxçıvanlılar yayda Oliveyrayla birillik müqavilə imzalamışdı.

KƏNAN BAHADIR