"Araz-Naxçıvan" iki legionerlə gücləndi

16.01.2025 11:50 350
Aktual / İdman
Futzal üzrə "Araz-Naxçıvan" komandası heyətini iki legionerlə gücləndirib.

Klubun vitse-prezidenti Mahmud Sadıqovun "Football-plus.az"a verdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi rusiyalı Roman Adamov və braziliyalı Mateus Lustosayla anlaşıb. Hər iki oyunçuyla müqavilənin müddəti "5ay + 1il"di.

Adamovun sonuncu klubu Ulyanovsk "Volqa"sıdı. Lustosa isə Braziliya "Marreko"sundan ayrıldıqdan sonra ölkəmizə gəlib.

Qeyd edək ki, "qırmızı-ağlar" 16 xalla turnir cədvəlinin 3-cü pilləsindədi.

KƏNAN BAHADIR