İspaniyada iki ay işlədi

20.02.2025 16:31 286
Dünya futbolu
Dieqo Kokkanın İspaniya macərası yalnız iki ay çəkib.

"Football-plus.az" xəbər verir ki, “Valyadolid” baş məşqçini istefaya göndərib. Kokka ötən il dekabrın 14-də baş məşqçi təyin edilmişdi. Komanda argentinalı mütəxəssisin rəhbərliyi altında bütün turnirlərdə 8 oyuna çıxıb və 7 dəfə məğlub olub.

“Valyadolid” hazırda La Liqada 24 turdan sonra 15 xalla turnir cədvəlində sonuncu - 20-ci yerdədi.

Yeri gəlmişkən, kluba Braziliya millisinin keçmiş hücumçusu Ronaldo sahiblik edir.