Ronaldo klubunu satır

11.11.2022 11:37 329
Dünya futbolu
Braziliyalı əfsanəvi futbolçu Ronaldo sahibi olduğu "Valyadolid" klubunu satmaq qərarına gəlib.

"Football-plus.az" İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb klubun La Liqada iştirak edəndən sona xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. "Valyadolid"in illik xərci 22 milyondan 55 milyona avroya yüksəlib.

Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Valyadolid”in səhmlərinin 51 faizini 30 milyon avroya alıb, bir il sonra isə payını daha 21 faiz artırıb. Hazırda "Valyadolid" La Liqada 17 xalla 12-ci pillədə qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul