Səudiyyə Ərəbistanı çempionatının “Əl-Hilal” - “Ər-Riyad” matçından sonra qalmaqal baş verib.
Oyun başa çatdıqdan sonra “Əl-Hilal”ın oyunçuları Malkom və Sergey Milinkoviç-Saviçlə azarkeşlər arasında qarşıdurma yaranıb. Fanatlar oyun səviyyəsindən və futbolçuların çıxışından narazılıqlarını bildiriblər. Bununla razılaşmayan Malkom ilə Milinkoviç-Saviçlə azarkeşlər mübahisə ediblər.
Sosial mediada bəzi azarkeşlər futbolçuların klubdan getməsini tələb ediblər.