Yokiç Ceymsi dörd ən yaxşı arasına salmadı

20.10.2026 22:18 18
Dünya futbolu
MBA çempionu, “Denver”in mərkəz oyunçusu Nikola Yokiç tarixin ən möhtəşəm dörd basketbolçusunun adını çəkərkən “Filadelfiya”nın əfsanəvi forvardı Lebron Ceymsi “unudub”:

“Bunlardan biri bütün titullarına görə Bill Rasselldi. Maykl Cordanın adını bu oyunu dəyişdirdiyinə görə çəkirəm. Yəqin ki, Uilt Çemberlen də siyahıda olacaq, möhtəşəm statistik göstəricilərinə görə. Bir də siyahıya Stefen Karrini əlavə edirəm. Həm oyunu dəyişib, həm də mənim nəslimin təmsilçisidi. Ona qarşı oynamışam, odu ki, məhz Stefin oyunu dəyişdiyini deyə bilərəm. Bax, bu dörd nəfər”.

Xatırladaq ki, Lebron Ceyms dördqat MBA çempionudu, 13 dəfə MBA ulduzlarının ilk rəmzi yığmasına düşüb, MBA tarixinin bir nömrəli snayperidi.