Rusiya klubu aparıcı hücumçusunu itirdi

27.07.2023 19:55 243
Dünya futbolu
Malkomun “Zenit”dən “Əl-Hilal”a gözlənilən keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı hücumçu Səudiyyə Ərəbistanı klubuna 60 milyon avroya satılıb. 26 yaşlı futbolçunun “Əl-Hilal” ilə bağladığı müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Malkom “Zenit”də 2019-cu ildən çıxış edirdi. O, Rusiya klubunda keçirdiyi 109 oyunda 42 qolun və 29 məhsuldar ötürmənin müəllifi olub.