Klubunu ərəb puluna dəyişmədi

30.12.2023 11:31 206
Dünya futbolu
Hakan Çalhanoğlu klubuna sadiqlik nümayiş etdirib.

“İnter”in yarımmüdafiəçisinə Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib. “La Gazzetta dello Sport”un yaydığı xəbərə görə, “Əl-Hilal” türkiyəli yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir. Ərəblər 29 yaşlı futbolçuya ilə 18 milyon avro təklif ediblər. Ancaq o, cəlbedici təklifidən imtina edib. “Əl-Hilal”ın mövsümün sonunda Hakana daha bir təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, bu komandada Neymar, Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç, Kalidu Kulibali kimi tanınmış futbolçular çıxış edir.