Zverev ilin sonunda zirvəni ələ keçirəcək

20.10.2026 21:47 27
İdman
Almaniyalı tennisçi Aleksandr Zverev mövsümün sonunda Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) dünya reytinqində liderliyi təmin edib. Bununla bağlı xəbəri qurumun mətbuat xidməti yayıb.

Zverev dünyanın 30-cu bir nömrəsi olacaq. O, reytinqin indiki lideri – italiyalı Yannik Sinneri noyabrın 2-də arxada qoyacaq və zirvəni ələ keçirəcək. Yeni mövsümün əvvəlinə qədər də yerini qoruyacaq.

29 yaşlı Zverev karyerasında ilk dəfə dünyanın birinci raketkası olacaq. Almaniyalı ulduz bu il iki “Böyük dəbilqə” turnirini qazanıb – “Rolan Qarros”un finalında italiyalı Flavio Kobollini, “US Open”in finalında isə amerikalı Ben Şeltonu məğlub edib. 2026-da həmçinin “Uimbldon”un finalına qədər irəliləsə də, Sinnerə uduzub. Zverevin hesabında ATP turnirlərində qazanılan 26 titul var.

O, ili zirvədə başa vuracağı ilə bağlı xəbəri belə qarşılayıb:

“Mənim üçün fantastik mövsüm idi. Parisdə və Nyu-Yorkda qazandığım titullar, həmçinin ili reytinqin zirvəsində bitirəcəyimlə bağlı düşüncə, sadəcə, arzuların gerçəkləşməsidi. Bu hədəfə çatmaq üçün nə qədər əziyyət çəkmişəm... Xüsusən də topuq zədəsini sağaldandan sonra. Mövsümü layiqincə bitirmək imkanını səbirsizliklə gözləyirəm”.