Nəhayət, çoxdan gözlənilən hadisə reallaşıb. Kriştiano Ronaldo “Əl-Nəssr” ilə yeni müqavilə mövzusunda razılığa gəlib.
Məşhur insayder Nikolo Skiranın yaydığı məlumata görə, 40 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2026-cı ilin yayına qədər olacaq. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistan klubu ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayında qüvvədən düşəcəkdi.
Bu mövsüm “Əl-Nəssr”in heyətində 25 matçda meydana çıxaraq 23 qol vuran və 4 məhsuldar ötürmə verən Kriştiano qarşısına qoyduğu hədəflərdən danışıb. 40 yaşlı hücumçu qollarının sayını 1000-ə çatdırmaq istədiyini deyib: