“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2012-18, 2019 və 2021-25-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.
Almeyda premyer-liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə ölkə çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.