Riçarddan 50-ci qol

5.08.2024 10:54 313
Ölkə futbolu
Riçard Almeyda ölkə çempionatlarında 50-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Misli premyer-liqasının 1-ci turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə premyer-liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi ölkə çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

2012/13 mövsümündən premyer-liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.