“Qarabağ”da 60-cı qol

23.05.2023 11:55 270
Premyer-liqa
Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, Braziliya əsilli yarımmüdafiəçi Misli premyer-liqasının 35-ci turunda fərqlənib.

O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Riçard Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Almeyda “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.