“Qarabağ” Romao ilə yolları ayırdı

5.02.2025 15:07 262
Ölkə futbolu
“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən Ağdam komandasında çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində ölkə çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Romaonun karyerasını Macarıstanın "Ferentsvaroş" klubunda davam etdirəcəyi gözlənilir.