"Qəbələ” Omar Hani ilə yollarını ayırdı

9.01.2024 11:23 228
Ölkə futbolu
"Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin sentyabrından komandada çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.

“Qəbələ” İdman Klubu Omar Haniyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.