42 milyona təyyarə aldı

11.02.2025 13:55 233
İdman
"Formula 1" üzrə dördqat dünya çempionu, "Red Bull"un pilotu Maks Ferstappen yeni şəxsi təyyarə alıb.

Ferstappen "Dassault Falcon 8X" biznes-jeti alıb. O, son beş ildə "Dassault Falcon 900EX" təyyarəsindən istifadə edirdi. Ferstappen ilk şəxsi təyyarəsini 2020-ci ildə milyarder Riçard Bransondan təxminən 12 milyon avroya almışdı.

Niderlandlı pilotun yeni təyyarəsi 2022-ci il istehsalıdı. Ferstappenin buna görə 42 milyon dollar xərcə düşdüyü bildirilir.