Ferstappen ata olacaq

17.12.2024 15:14 331
İdman
“Red Bull”un niderlandlı pilotu, bu il ardıcıl 4-cü çempionluğu qazanan Maks Ferstappenin qız dostu Kelli Pike hamilə olduğunu xəbər verib.

Braziliyalı model sosial şəbəkə hesabında paylaşım edib:

“Kiçik Ferstappen-Pike yoldadı. Kiçik möcüzəmizi gözləməkdəykən sevinməyə bilmərik”.

Kelli “Formula-1” üzrə üçqat dünya çempionu Nelson Pikenin qızıdı. O, Maksdan 9 il böyükdü. Cütlük 2020-ci ildən bir aradadı.

Kelli əvvəllər rusiyalı pilot Daniil Kvyatla gəzib-dolaşıb, onların Penelopa adlı qızı da var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul