Neymarın 12 illik həsrəti sona çatdı

7.02.2025 21:33 248
Dünya futbolu
Neymarın 12 illik həsrəti sona çatıb.

O, uzun müddətdən sonra Braziliya klubu ilə ilk oyuna çıxıb. Ulduz futbolçu Paulista liqasında “Botafoqo” ilə matçda iştirak edib. Neymar 1:1 hesabı ilə başa çatan matçın 46-cı dəqiqəsində komandası hesabda öndə olarkən meydana çıxıb.

Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2009-13-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, sonra “Barselona”, PSJ və “Əl-Hilal”da oynayıb. Hücumçu “Əl-Hilal” ilə müqaviləsini yanvarın sonunda pozmuş və doğma klubuna qayıtmışdı.