Bir İtaliya klubundan digərinə keçdi

7.02.2025 13:46 247
Dünya futbolu
Yonuts Radu “İnter”dən ayrılıb.

Rumıniyalı qapıçı karyerasını İtaliyanın digər klubunda - “Venetsiya”da davam etdirəcək. Hələlik keçidin detalları barədə məlumat verilmir.

Radu gənc yaşlarından “İnter”in heyətində çıxış edib. Lakin heç vaxt əsas komandada möhkəmlənə bilməyib. 27 yaşlı qapıçı müxtəlif vaxtlarda “Cenoa”, “Oser” və “Bornmut”da icarə əsasında çıxış edib.