Mövsümün sonunda “İnter”i tərk edəcək

24.04.2022 20:16 580
Dünya futbolu
Yonut Radu mövsümün sonunda “İnter”dən ayrılacaq.

Bunu rumıniyalı futbolçunun agenti İtaliya mətbuatına açıqlamasında bildirib. O, 24 yaşlı qapıçının daimi oyun praktikasına malik ola biləcəyi kluba keçəcəyini deyib.

2013-cü ildən “İnter”in sıralarında olan Radu 2016-cı ildə əsas komandada debüt edib. O, bu mövsüm “İnter”in heyətində yalnız bir oyuna çıxıb və 2 qol buraxıb.