Mateo Retegi “Cenoa”nı tərk edib.
O, karyerasını İtaliyanın digər klubunda davam etdirəcək. İtaliya yığmasının hücumçusu bundan sonra “Atalanta”da çıxış edəcək. Mateonun Berqamo klubu ilə razılaşdırdığı müqavilənin detaları haqda rəsmi məlumat verilmir.
Retegi “Cenoa”da 2023-cü ildən çıxış edirdi. 25 yaşlı hücumçu İtaliya çempionatının son mövsümündə meydana çıxdığı 29 oyunda 7 qol vurub.