“Atletiko”da yeni qapıçı

31.08.2024 20:31 298
Dünya futbolu
Xuan Musso karyerasını İspaniyada davam etdirəcək.

30 yaşlı argentinalı qolkiper “Atalanta”dan “Atletiko”ya keçib. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Musso “Atletiko”da bir mövsüm icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 2021-ci ildən “Atalanta”da çıxış edən Musso daha əvvəl “Rasinq” (Argentina) və “Udineze”də (İtaliya) də oynayıb.