"Araz-Naxçıvan" "Zirə"ni, "Qarabağ" "Səbail"i məğlub etdi - YENİLƏNİB

6.02.2025 20:25 413
Ölkə kuboku / Manşet
Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” – “Zirə” oyunu keçirilib. Matç Muxtar Respublika təmsilçisinin qələbəsiylə sona çatıb - 1:0.

Sonuncu oyunda “Səbail” evdə “Qarabağ”la qarşılaşıb. Meydan sahibləri iddialı rəqibinə çətin anlar yaşatsa da, məğlubiyyətdən xilas ola bilməyib - 0:1.

Xatırladaq ki, dünən evdə "Kəpəz" "Neftçi"yə uduzub (0:2), "Sabah" "Sumqayıt"la heç-heçə edib (0:0).

6 fevral
Araz-Naxçıvan – Zirə 1:0
Bernardo Dias, 61-p.
Cəzalı: yoxdu.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.

Səbail – Qarabağ 0:1
Yassin Benzya, 35.
Cəzalı: yoxdu.
Bakı, “ASCO Arena”. Saat 18.30.

5 fevral
Kəpəz – Neftçi 0:2

Ağadadaş Salyanski, 35. Yuri Matias, 69.
Cəzalı: yoxdu.
Tovuz, şəhər stadionu. Saat 16.00.

Sabah – Sumqayıt 0:0
Cəzalı: yoxdu.
Bakı, “Bank Respublika Arena”. Saat 18.30.

KƏNAN BAHADIR