“Qartal” niyə Binəyə “qondu”?

4.02.2025 21:50 315
Aktual / Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının əvəzedicilər liqasının 21-ci turunda “Zirə-2” “Qarabağ-2” ilə heç-heçə etdi (2:2).

Maraqlıdı ki, bu oyun Binə qəsəbə stadionunda keçirildi. Rəqiblərini həmişə “ASK Arena”da qəbul edən “qartallar” bu dəfə nədənsə Binəyə üz tutdu.

Stadionun dəyişdirilməsinin səbəbi nə idi? Növbəti ev oyunu harada keçiriləcək? Bu sualları “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq:

“Meydançada problem olduğunu görə orda oyun keçirmədik. Hələlik növbəti oyunun harda olacağı bilinmir”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul